AZ

Bu, Ermənistanın ABŞ-nin növbəti ştatı olmasına namizəd olması deməkdir -AÇIQLAMA

Vaşinqtonda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Antoni Blinkenin imzaladığı strateji tərəfdaşlıq haqqında xartiya bir çox məsələlərlə bağlı maraq doğurur.

Bunlardan biri də sazişin Rusiya-Ermənistan arasındakı münasibətlərə təsiridir.

Amerikayla saziş imzalayan Ermənistanın Rusiyayla bu münasibətləri necə olacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirib ki, bu saziş birbaşa olaraq Rusiya-Ermənistan, İran-Ermənistan, Azərbaycan-Ermənistan münasibətlərinə təsir edəcək.

Zaur Məmmədov, politoloq

Z.Məmmədovun sözlərinə görə, 2025-ci ildə Rusiyanın əsas hədəfi Donald Trampla Ukrayna məsələsində razılığa gəlməkdir ki, bundan sonra mütləq şəkildə Nikol Paşinyanı cəzalandırmaq istəyəcək.

Rusiyanı bölgədə məhz ABŞ-nin əvəzlədiyini deyən politoloq nəzərə çatdırıb ki, bu əvəzlənmə tam əminliklə həyata keçirilir:

“Güc strukturlarının ABŞ-nin əlinə keçməsi faktiki olaraq Ermənistanın Amerikanın növbəti ştatı olmasına namizəd olması deməkdir ki, bu, Moskva və Tehran qarşısında çox ciddi çağırışlar kimi qəbul edilməlidir”.

Mina Mikayılova

Seçilən
2
bakivaxti.az

1Mənbələr