AZ

ABŞ ilə Fransa Ermənistan ordusunu dəstəkləyəcəklər

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa ilə ABŞ-ın Ermənistan ordusunda islahatlar aparılmasına yardım edəcəklərini bəyan edib.

Papikyan İrəvanda keçirilən mətbuat konfransındakı çıxışında qeyd edib ki, hazırda dil əngəli ilə bağlı məsələlər həll edilir.

Ermənistanın müdafiə naziri deyib: "Ermənistan-Amerika əməkdaşlığı çərçivəsində təlimlər, məşvərətlər keçririlir, serjant sistemində islahat aparılır. Əməkdaşlıqdan razıyıq: temp və dinamika yaxşıdır. Əməkdaşlığın daha dərinləşəcəyinə ümid edirik. Fransadan olan tərəfdaşlarımızla da əməkdaşlıq eyni məntiqlə inkişaf edir". 

Papikyan ABŞ və Fransadakı təhsil müəssisələrində neçə nəfər erməni hərbçinin hazırlıq keçdiyini açıqlamayıb. Yalnız hazırda dil əngəli ilə bağlı məsələlərin həll edildiyini qeyd edib.

Hürr Tərcüman

Seçilən
2
17
hurriyyet.az

10Mənbələr