Xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbayla görüşüb.
Mia.az xəbər verir ki, görüş zamanı tərəflər Azərbaycanın AQEM-də 2024-2026-cı illər üzrə sədrliyinin prioritet istiqamətlərini, təşkilat çərçivəsində mövcud işlər və gələcək perspektivləri müzakirə ediblər.