AZ

Yol polisi hava şəraitinin pisləşəcəyilə əlaqədar sürücülərə və piyadalara xəbərdarlıq edib

Bakı/07.01.23/Turan: Yanvarın 8-12-də Bakıda və Abşeronda hava şəraitinin kəskin dəyişəcəyilə əlaqədar paytaxtın yol polisi idarəsi sürücülərə və piyadalara müraciət edib.

Əsasən sürücülər ilk növbədə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirməyə çağırılıb. “Avtomobili təkərlərin qış mövsümünə uyğunluğunu nəzərə alaraq idarə etmək, şüşə silənlərin, əyləc sistemlərinin işləkliyinə nəzarət etmək, sürətə nəzarət etmək və onu aşmamaq, qarşıdakı avtomobillə lazımi məsafəni saxlamaq, avtomobilin sürüşməsinin qarşısını almaq lazımdır”, - məlumatda deyilir.

Həmçinin piyadalar və digər hərəkət iştirakçıları əlverişsiz hava şəraitində yol hərəkəti qaydalarına ciddi əməl etməyə, özlərini və digər adamların həyatını təhlükəyə atmamağa çağırılıb. 06B

Seçilən
3
turan.az

1Mənbələr