Cümə axşamı Dövlət Departamenti Qərbin guya "Buçada Rusiya hərbi cinayətlərinin “səhnələşdirilməsiniə” təşkil etməsilə bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son ittihamlarına reaksiya verib, Turan-ın Vaşinqton müxbiri bildirib.
"Qərbin Rusiyanın Ukraynaya qarşı törətdiyi böyük dağıntıları “səhnələşdirməsilə” bağlı iddialar sadəcə, gülüncdür", -ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə Turan-ın sualını cavablandırarkən deyib.
2022-ci ildə BMT İnsan Hüquqları üzrə ali komissarı Ukraynanın Buça şəhərində onlarla dinc sakinin kütləvi edamlarını sənədləşdirib. Qırğına dair foto və videosübut 1 aprel 2022-ci ildə Rusiya qoşunlarının şəhərdən çıxarılmasından sonra yayılıb.
Bu həftənin əvvəlində Lavrov BMT tribunasına çıxıb və Bucadakı müharibə cinayətlərinin "Qərbin səhnələşdirdiyini" söyləyib.