Təlimlər hətta Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Keir Starmerlə Ukraynada Avropa qoşunlarının mövcudluğu ehtimalı barədə danışmasından əvvəl keçirilib.
2024-cü ilin son aylarında Fransa ordusu Fransa poliqonunda çoxhəftəlik əməliyyat hazırlıq manevri həyata keçirib, bu barədə məlumatlar ən ciddi şəkildə saxlanılır.
...Intelligence Online xəbər verir ki, təlimlər “Perseus” adlandırılıb.
Onlar 2022-ci ilin fevralında Rusiyanın işğalını dayandırmağa kömək edən Ukrayna manevrləri təcrübəsinin təhlilinə əsaslanırdı.
3000-dən çox fransız əsgəri Dnepr çayının Kiyevin şimalındakı hissəsinə bənzər ərazidə öz bacarıqlarını məşq edib.
Əli Babayev