Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ildə ölkənin cari əməliyyatlar balansının profisitinin 7 milyard ABŞ dolları olacağını proqnozlaşdırır.
Bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında bildirib.
“2025-ci ildə isə 6,5 milyard dollar profisit gözləyirik”, - deyə baş bankir qeyd edib.
2023-cü ildə Azərbaycanın cari əməliyyatlar balansının profisiti ümumi daxili məhsulun 11,5%-i qədər - 8,3 milyard dollar olub. Bu, 2022-ci ilə nisbətən 65% azdır.