Moskva Şəhər Məhkəməsi 2009-cu ildə kriminal avtoritet Vyaçeslav İvankovun (Yaponçik) qətlini təşkil etməkdə ittiham olunan İlya Simoniyanı qiyabi olaraq 21,5 il müddətinə azadlıqdan məhrum edib.
Teleqraf.com TASS-a istinadən xəbər verir ki, "Mahno "ləqəbli qanun oğru kimi tanınan Simoniyan mütəşəkkil dəstə tərəfindən muzdlu məqsədlə adam öldürmə maddəsi üzrə ittiham olunub.
Bundan əvvəl Moskva Şəhər Məhkəməsi Astamur Butbanı Yaponçikin qətlində qiyabi təqsirli bilib və onu 19 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib. Bundan əlavə, Moskva Şəhər Məhkəməsi kriminal rəhbərin ardınca gedən Nuqzar Papavanı 16 il müddətinə azadlıqdan məhrum edib. Qətl günü o, Yaponçiki Xoroşevskoye şossesində yerləşən “Tay fili” restoranından çıxarkən güllələyən Butbaya işarə verib və onun cinayət yerindən qaçmasına kömək edib.
Bundan əvvəl cinayətin daha iki şəriki - Murtaza Şadaniya və Cambul Canaşiya barəsində hökm elan edilib. Onlar müvafiq olaraq 16 və 15 il müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkiblər.