AZ

Moldova yaxın vaxtlarda Aİ-yə daxil olmaq üzrə danışıqlara başlamağı planlaşdırır

Moldova yaxın həftələrdə onun Avropa İttifaqına daxil olması ilə bağlı tematik klaster danışıqlarına başlamağı planlaşdırır.

Oxu24.com  xəbər verir ki, bu barədə Moldova Radiosuna müsahibəsində ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Mixail Popşoy bildirib.

“Polşa sədr kimi tam açıqlıq nümayiş etdirir. Biz həm Xarici İşlər Nazirliyi səviyyəsində, həm parlamentdəki həmkarlarımız səviyyəsində, hökumətdə və prezident aparatı səviyyəsində bütün Aİ ölkələri ilə sıx əlaqələr saxlamaq üçün çalışacağıq”.

Bundan əvvəl Moldova Milli Bankının rəhbəri Anca Draqu Moldovanın 2025-ci ilin yanvarından baza valyutası kimi dollar əvəzinə avrodan istifadə etməyə başlayacağını açıqlamışdı.

Yanvarın 8-də Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa bildirib ki, Budapeşt “AB və ABŞ-ı deyil, Rusiya Federasiyasının gücləndirilməsinə üstünlük verərsə” Ukrayna Macarıstanın Avropa İttifaqı və NATO-dakı yerini tutmağa hazırdır.

Bundan əvvəl SVR bəyan edib ki, Avropa İttifaqı Moldovaya vassal kimi yanaşır.

 

Nigar

 

Seçilən
6
oxu24.com

1Mənbələr