Gürcüstanda xəbərdarlıq tətili elan edilib və onun saat 15:00-dan 18:00-dək keçiriləcəyi bildirilir.
QHT.az xəbər verir ki, tətilə bir sıra şirkətlər və təşkilatlar dəstək verib. Yeni seçkilərin keçirilməsi və saxlanılan etirazçıların azad edilməsi tələbi ilə yüzlərlə şirkət tətilə qoşulub.
Daha sonra naməlum şəxslərin tətil iştirakçılarına hücum etdiyi, həmçinin etirazçılardan bəzilərinin parlamentə doğru irəliləməyə başladığı barədə məlumat yayılıb.
R.İmanov