AZ

Enis Bardi “Trabzonspor”dan ayrıldı

Türkiyənin “Trabzonspor” klubu Şimali Makedoniya yığmasının da üzvü olan hücumameyilli yarımmüdafiəçi Enis Bardi ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Anlaşmaya əsasən, futbolçuya təzminat ödənilməyəcək.

Yarımmüdafiəçi 2022-ci ildən Trabzon komandasının formasını geyinirdi. Onun müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər idi.

Enes Bardi “Trabzonspor”un heyətində 97 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub. O, daha öncə “Levante”, “Uypeşt” və “Helsinqborq” kimi klubların da şərəfini qoruyub.

Şimali Makedoniyanın U-18, U-19 və U-21 yığmalarında da oynamış Bardi 2015-ci ilin mart ayında ölkəsinin əsas millisində debüt edib. O, hazırda kapitanı olduğu milli komandanın heyətində 69 oyun keçirib, 18 qol vurub, 11 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 29 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 4,7 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
7
arena.az

1Mənbələr