AZ

Qazaxıstanda 1,4 milyard dollar dəyərində külək elektrik stansiyası tikiləcək

Qazaxıstanla BƏƏ-nin “Masdar” şirkəti arasında tərəfdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib.

Fins.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Əbu-Dabidə “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Əl Ramahi ilə görüşündə deyib.

Dövlət başçısının sözlərinə görə, tərəflər Qazaxıstan Respublikasının Cambıl vilayətində 1 QVt gücündə külək elektrik stansiyasının tikintisi üzrə iri layihənin həyata keçirilməsi üçün bütün zəruri sazişləri uğurla imzalayıblar. Bu layihəyə investisiyaların həcmi 1,4 milyard dollar təşkil edəcək.

Öz növbəsində, Məhəmməd Al-Ramahi Qazaxıstan Prezidentinə şirkətin tikinti işlərinə başlamaq planları barədə məlumat verib və bu layihə çərçivəsində külək turbinlərinin istehsalı üçün yerli komponentlərdən istifadə etməkdə maraqlı olduğunu bildirib.

Seçilən
33
50
fins.az

10Mənbələr