AZ

Yeliseyin baş katibi Maliyyə Komitəsi tərəfindən dinləniləcək

Sabiq baş nazirlərin və məsul nazirlərin ifadələrindən sonra Fransada dövlət borcunun bu həddə necə çatdığını izah etmək növbəsi Emmanuel Makrona çox yaxın olan yüksək səviyyəli dövlət məmuru, Yelisey sarayının baş katibi Aleksis Kohlerə çatıb.

AZƏRTAC xəbər verir ki, Milli Assambleyanın Maliyyə Komitəsi Aleksis Kohlerin ifadə verməsi üçün “yaşıl işıq” yandırıb. Bunun üçün LR, EPR və MoDem partiyalarından olan deputatlar arasında keçirilən səsvermədə böyük əksəriyyət (35) prosesin lehinə səs verib.

Ölkə prezidentini birbaşa dinləmək mümkün olmadığı üçün Emmanuel Makrona yaxın olan Aleksis Kohler büdcənin indiki vəziyyətə düşməsinin səbəblərini izah etməli olacaq. Daha əvvəl sabiq baş nazirlər Elizabet Born, Qabriel Attal və büdcəyə cavabdeh olan keçmiş maliyyə nazirləri Brüno Lö Mer və Tomas Kazenav komissiya qarşısında ifadə veriblər.

"Mən çox şadam ki, komitəm Yelisey Sarayının nümayəndələrini, o cümlədən Aleksis Kohleri dinləmək qərarına gəlib. Bu vacibdir, çünki Yelisey Sarayı hökumətin büdcə kəsiri qərarlarında birbaşa iştirak edib”, - deyə komissiyanın prezidenti Erik Kokerel özünün X hesabında bildirib.

Seçilən
5
1
yeniazerbaycan.com

2Mənbələr