AZ

Laporta: “Yeni “Kamp Nou” yeni gəlirlər əldə etməyin açarıdır”

“Barselona”nın prezidenti Joan Laporta “Kamp Nou” stadionunda baş verənləri və “blauqrana”nın ora nə vaxt qayıda biləcəyini açıqlayıb.

Arena.az AS dərgisinə istinadən, Laportanın bu barədə qənaətini təqdim edir:

“Biz yeni stadion inşa edirik. Bu, yenidənqurma deyil, yeni stadionun inşasıdır. Bacardığımız qədər isə tez geri dönəcəyik. Bu yeni “Kamp Nou” stadionu növbəti illərdə yeni gəlirlər gətirmək üçün açardır”, deyə Laporta vurğulayıb.

Daha əvvəl mətbuatda, “Barselona”nın “Kamp Nou”da VIP yerlərin satışından yeni gəlirlər əldə etmək üçün sövdələşməni tamamlaya bildiyi barədə məlumat yayılıb.

Xatırladaq ki, stadion 2023-cü ilin yayında yenidənqurma üçün bağlanıb. Tikinti işlərinin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.

Vurğulanır ki, “Barselona” inşaat işlərinin rəsmi yekunlaşma tarixindən əvvəl “Kamp Nou”ya qayıda bilər.

Seçilən
4
arena.az

1Mənbələr