AZ

Kiselyev ermənilərə mat qalıb

“Rossiya Seqodnya” agentliyinin baş direktoru, teleaparıcı Dmitri Kiselyev NEWS.ru-ya müsahibəsində Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin “Vesti Nedeli” verilişində konkret hansı ifadəyə görə XİN-ə çağırıldığını bilmədiyini deyib.

Musavat.com-un məlumatına görə, o vurğulayıb ki, hələlik şərh ediləcək bir şey yoxdur.

“Hansı konkret bəyanatın erməni qardaşları incitdiyini başa düşə bilmirəm. Hələ şərh etmək üçün heç nə yoxdur”, - deyə Kiselev cavab verib.

Məlum olduğu kimi, Rusiya səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim edilib.

Musavat.com

Seçilən
25
1
musavat.com

2Mənbələr