“Minnesota Timbervulves”in ulduzu Entoni Edvards NBA tərəfindən növbəti dəfə cərimələnib.
Publika.az xəbər veri ki, bu barədə ESPN məlumat yayıb.
Müdafiəçi “Memfis”lə oyunda hakimlərə qarşı nalayiq jestlərə görə 50 min dollar ödəməlidir.
İdmançı artıq bu qərarına münasibət bildirib və bundan sonra özünü layiqli aparacağını bildirib: “Mən gənc və axmaq bir səhv etdim. Bu jest hakimlərə qarşı deyildi, mən sərçələrə atəş edirdim. Hər şeyi başa düşürəm, daha cərimələr olmayacaq. Ümumiyyətlə heç nə deməyəcəyəm və göstərməyəcəyəm”.