Qondarma rejimin "Müdafiə odusu"nun keçmiş komandanı Cəlal Arutyunyan hərbi vəziyyətlə bağlı səhlənkarlıqda təqsirli bilinib.
"Unikal" Ermənistan mediasına istinadən xəbər verir ki, qərar Sünik vilayətində keçirilən məhkəmə iclasında qəbul edilib.
Arutyunyanı 5 ildən 10 ilə qədər həbs gözləyir, lakin məhkəmə konkret müddətin müəyyən edilməsi üçün növbəti iclas keçirəcək.
Qeyd edək ki, daha əvvəl Arutyunyana qarşı 2020-ci ilin 44 günlük müharibəsi ilə bağlı iki maddə üzrə iş açılıb. İstintaqın məlumatına görə, komandirin hərəkətləri canlı qüvvə və zirehli texnikada böyük itkilərə səbəb olub, ehtiyatda olan qüvvələr döyüş qabiliyyətini itirib.