AZ

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirir

ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirir

ABŞ Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə nazirliyin Xarici Aktivlərə Nəzarət İdarəsinin sənədində deyilir.Yenilənmiş siyahıya əsasən, 16 şəxs Rusiya ilə əlaqədə olduğu iddiası ilə məhdudiyyətlərə məruz qalıb. Onların arasında Çin, Rusiya, Türkiyə və Almaniya vətəndaşları da var. Siyahiya yeni əlavə edilənlərdən biri Novosibirsk vilayətinin keçmiş qubernatoru Vasili Yurçenkodur."Voentorg", Taktik Raket Silahları Korporasiyası, "Barnaulttransmash" və "Motovilikha zavodları" müəssisələri, Rusiya Federasiyasının Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti, Tambov Barıt Zavodu, həmçinin Rusiya, Böyük Britaniya, Qırğızıstan, Çin, BƏƏ və Türkiyədən şirkətlər sanksiyaların təsiri altına düşüb.

Seçilən
8
afn.az

1Mənbələr