AZ

Laporta: “Biz “Barselona”nın maliyyə bərpasını tamamlamışıq”

“Barselona”nın prezidenti Joan Laporta Kataloniya klubunun hazırkı maliyyə vəziyyətindən söhbət açaraq, nikbin məlumatı açıqlayıb.

Arena.az “Barça Times” dərgisinə istinadən, Laportanın bu barədə fikrini təqdim edir:

“Biz “Barsa”nın maliyyə bərpasını tamamlamışıq. Biz bunu bədihə olmadan, uğurlarsız və kənardan kömək almadan etmişik. Biz çoxlu dəyərlərə, əsaslara və ərkana malik klubuq. “Barselona” – sadəcə bir klubdan daha artıqdır”, deyə Laporta vurğulayıb.

Xatırldaq ki, bundan əvvəl “Barselona”nın rəhbərliyindəki müxalifət dəstələri klub prezidenti Joan Laporta və onun idarə heyətini dərhal istefaya getməyə səsləmişdilər. Bu qərarın əsas səbəblərindən olaraq, klubun ispan futbolçuları – hücumameylli yarımmüdafiəçi Daniel Olmo və mərkəz hücumçusu Pau Viktorun qeydiyyat vəziyyəti, həmçinin “Nike” ilə müqavilənin uzadılması mərhələsi əsas gətirilmişdi.

19 oyundan 38 xalla “Barselona” İspaniya La Liqasının yarış cədvəlində 3-cü pillədə qərarlaşıb. Cari ildə Kataloniya nəhəngi artıq bir qənimət əldə edib. “Barselona” İspaniya Super Kubokunun finalında əzəli rəqibi “Real”ı 5:2 hesabı ilə barmadağın etmişdi.

Seçilən
4
arena.az

1Mənbələr