"Birləşmiş Ştatlar və Ermənistan, atom enerjisi sahəsində əməkdaşlıq müqaviləsi bağlamaq üçün danışıqlara başlayıb"."Ulusum"az xəbər verir ki, bunu Ermənistan XİN başçısı Ararat Mirzoyan bildirib. Açıqlama, Vaşinqtonda ölkələr arasında strateji tərəfdaşlıq barədə sənədin imzalanması mərasimində edilib."Biz həmçinin Birləşmiş Ştatlarla nüvə sahəsində əməkdaşlıq müqaviləsi, yəni «123 müqaviləsi» ilə bağlı danışıqlara başlayırıq", – deyə o vurğulayıb.Mirzoyan əlavə edib ki, bu, nüvə enerjisinin sülh məqsədləri üçün istifadəsi sahəsində əməkdaşlığın əsasını formalaşdıracaq. Bununla yanaşı, onun sözlərinə görə, razılaşmalar nüvə enerjisinin sülh yolu ilə inkişafına bağlılıqları təsdiqləyəcək.Səidə Mustafa
Diqqət Çəkənlər
Forbes: “Lukoil” şirkəti icraçı direktorunu dəyişib
İsrail və HAMAS Qəzza ilə bağlı razılığa gəliblər
Birləşmiş Ərəb Əmirlikləri, Putin və Trampın görüş yeri ola bilər