Türkiyə Qəzza zolağında atəşkəs razılaşmalarını dəstəkləyir, lakin bu barədə hələlik rəsmi məlumatı yoxdur.
Aznews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransı zamanı bildirib.
"Yaxın saatlarda bu məsələ ilə bağlı rəsmi açıqlamalar alacağımızı gözləyirik. Türkiyə olaraq bu istiqamətdə istənilən addımı dəstəkləyirik, bu, regional sabitliyin təmin olunması üçün vacibdir", - türkiyəli nazir bildirib.