AZ

Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək

“Azadlığa gedən yolun asimetrik savaşı” adlı tədbir Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Ankarada keçiriləcək.

AZƏRTAC xəbər verir ki, anım tədbirinin təşkilatçıları Azərbaycanın Ankaradakı səfirliyi, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu (TADİV) və Türk Dövlətləri Təşkilatıdır.

Tədbirdə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, TADİV-in rəhbəri, professor Aygün Attar, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu və Hacı Bayram Vəli Universitetinin müəllimi professor Zakir Avşarın çıxışları planlaşdırılıb.

Müzakirə proqramı çərçivəsində TADİV-in paytaxtdakı “Şuşa” Konqres Mərkəzində “Qanlı Yanvar” adlı fotosərgi təşkil olunacaq.

Seçilən
0
1
yeniazerbaycan.com

2Mənbələr