AZ

ABŞ dövlət katibinə qarşı görünməmiş etiraz:ÇIXIŞINA MÜDAXİLƏ EDİLDİ

ABŞ dövlət katibi Antoni Blinken Vaşinqtonda Atlantik Şuranın iclasında ilin yekunları üzrə qiymətləndirmə çıxışı zamanı görünməmiş etirazla qarşılaşıb.

 

"Haber Global" "YouTube" kanalının yayımladığı videosüjetdə belə deyilir.

 

Səlahiyyət müddətinin bitməsinə qısa müddət qalan Blinken Bayden administrasiyasının xarici siyasətindən bəhs etdiyi zaman Fələstin tərəfdarları olan fəallar bir neçə dəfə onun çıxışına müdaxilə ediblər.

 

"Sizin ancaq bir siyasətiniz var, o da öldürmək", - deyə fəallardan biri qışqırıb.

 

Zaldan "Soyqırımı naziri. Yüzlərlə günahsız insanın qanı əllərindədir!", "Sonsuza qədər "qanlı Blinken" olaraq xatırlanacaqsınız!" kimi ifadələr səsləndirilib.

 

Daha ətraflı videosüjetdə:



Seçilən
0
3
senzor.az

10Mənbələr