AZ

İlk dəfə ölkəsindən kənarda çalışacaq

Kosta Rika yığmasında baş məşqçi probleminə son qoyulub.

"Football-plus.az" xəbər verir ki, komandanı bundan sonra Migel Errera çalışdıracaq.

Meksikalı mütəxəssisin yerli federasiya ilə bağladığı müqavilənin detalları haqda rəsmi məlumat verilmir. Errera yeni iş yerində ötən ilin avqustunda Paraqvay yığmasının başına keçən argentinalı Qustavo Alfaronun yerini tutub. 56 yaşlı məşqçinin indiyədək yalnız ölkəsinin müxtəlif klublarını və 2013-15-ci illərdə Meksika yığmasını çalışdırdığını da qeyd edək.

Seçilən
6
football-plus.az

1Mənbələr