İsrail ordusu Qəzza zolağında saxlanılan və yaxın vaxtlarda azad edilməli olan girovları qəbul etmək üçün hazırlıqlara başladığını rəsmən açıqlayıb."İD-nin girovların qaytarılması üçün hazırlıq fəaliyyətləri "Azadlıq qanadları" adlanır", - deyə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.Daha əvvəl “Əl-Qahirə əl-İxbariyyə” telekanalı İsrail və HƏMAS-ın girovların azad edilməsi və Qəzza zolağında atəşkəs rejiminin tətbiqi ilə bağlı razılığa gəldiyini açıqlayıb. Müqavilə hələ rəsmi olaraq açıqlanmayıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta