AZ

Tayvanda qripə yoluxanların sayı 10 illik rekorda imza atıb

Ötən həftə təxminən 140,000 Tayvanlı qrip səbəbiylə xəstəxanalara müraciət edib ki, bu da son 10 ilin eyni dövrü üçün rekord göstəricidir. Bu barədə adanın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

QHT.az xəbər verir ki, keçən həftə qripə bənzər xəstəliklər üçün xəstəxanaya müraciət edənlərin sayı 139 613 nəfərə yüksəldi ki, bu da son on ilin eyni dövründəki ən yüksək göstəricidir. Eyni zamanda, 49 ağır xəstəlik və qripdən 10 ölüm halı qeydə alınıb. Adada dominant ştamm H1N1 olaraq qalır, donuz qripi kimi də tanınır. Tayvanda cari qrip mövsümü 1 oktyabr 2024-cü ildə başlayıb və o vaxtdan bəri 461 ağır fəsad və 101 ölüm hadisəsi baş verib. Həkimlər sakinləri tez bir zamanda qripə qarşı peyvənd almağa çağırır.

Tayvanlı həkimlər, epidemiyanın bu il yanvarın 29-na təsadüf edən Çin Ay Yeni ili ətrafında zirvəyə çatacağını və Tayvanda qeyd etmələrin yanvarın 25-dən 31-dək davam edəcəyini gözləyirlər. CDC təxmin edir ki, bayram həftəsində ən azı 150.000 adam qripə yoluxa bilər.

 

R.İmanov

Seçilən
7
1
qht.az

2Mənbələr