AZ

Yük qatarları toqquşdu, nazir müavini işdən çıxarıldı

Bolqarıstanın nəqliyyat və kommunikasiyalar nazirinin müavini Biser Minçev vəzifəsindən azad edilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin texniki hökumətinin Baş naziri Dimitar Qlavçev dəmir yolu qəzasından sonra müvafiq qərar verib.

“Nazirlikdə dəmir yolu nəqliyyatına cavabdeh olan Minçev iki yük qatarının toqquşması ilə nəticələnən faciəvi hadisə ilə əlaqədar nəqliyyat və rabitə naziri Krasimir Stoyanovun təklifi ilə tutduğu vəzifədən azad edilib”, - məlumatda bildirilir.

Ölkə mətbuatı “Dəmiryol İnfrastrukturu” milli şirkətində də istefaların gözlənildiyini yazır.

Seçilən
14
1
publika.az

10Mənbələr