AZ

İstanbulda saxta spirtli içkidən ölənlərin sayı 23-ə çatıb

Bakı. Trend:

Türkiyənin İstanbul şəhərində son iki gündə saxta spirtliiçkidən zəhərlənərək ölənlərin sayı 23 nəfərə çatıb.

Trend xəbər verir ki, bubarədə şəhər valisinin mətbuat xidməti məlumat yayıb.

"Son 48 saat ərzində saxta spirtli içkidən zəhərlənmə ilə bağlı66 fakt qeydə alınıb. Zəhərlənənlərdən 23-ü dünyasını dəyişib", -məlumatda deyilir.

Bundan əlavə, faktla əlaqədar 6 nəfər saxlanılıb.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr