"Tamamilə diqqətimizi müdafiəyə yönəltmişdik".
Sportinfo.az xəbər verir ki, bunu "Şəki"ın baş məşqçisi Bedri Meriç "Gəncə"yə qarşı Azərbaycan Basketbol Liqasının IX turunun təxirə salınmış oyunundan sonra deyib.
2Şəki" - "Gəncə" qarşılaşması birincilərin 72:66 hesablı qələbəsi ilə yekunlaşıb. Mütəxəssis klubun mətbuat xidmətinə açıqlamasında qələbəyə görə sevincli olduqlarını bildirib:
"Bu gün tamamilə diqqətimizi müdafiəyə yönəltmişdik. "Gəncə" ilə ilk oyunumuzdakı səhvləri xatırlayırdıq.
Həmin matçda vacib 2 oyunçumuzun zədələnməsi nəticəsində uduzmuşduq. Bu dəfə isə tam heyətlə meydana çıxmışdıq və qələbə qazandıq.
Qrupda lider olmağımız motivasiya baxımından önəmlidir. Lider kimi başa vurduğumuzdan, kubok matçlarında 1/4 finaldan başlayacağıq.
Ona görə də bu qələbə çox vacib idi. Oyunçularımı qələbə münasibətilə təbrik edirəm".