AZ

Niderlandda qaragilə insanları hepatitə yoluxdurdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Niderlandın ən böyük supermarketlər şəbəkəsi "Albert Heijn"in dondurulmuş qaragiləsini yedikdən sonra yaşları 22-77 arasında olan 12 nəfər hepatit A virusuna yoluxub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Nu.nl portalı məlumat verib.
Ölkənin Milli İctimai Səhiyyə İnstitutunun nümayəndəsi İlko Franzın sözlərinə görə, zərərçəkənlərdən ikisinin vəziyyəti o qədər ağırdır ki, onları xəstəxanaya yerləşdirməli olublar. İnstitut, həmçinin artıq yüzlərlə insanın yoluxmuş ola biləcəyi ehtimalını da nəzərə çatdırıb.
Supermarketlər şəbəkəsi artıq qaragilələri mağazalarından yığışdırmaq qərarına gəldiyini açıqlayıb. Müştərilərə qaragilələri qaytarmaları barədə çağırış edilib və alınan məhsulun dəyərinə görə kompensasiya vəd olunub.
"Məhsul hepatit A ilə yoluxmuş ola bilər. Onun istehlakı sağlamlıq problemlərinə gətirib çıxara bilər", - deyə "Albert Heijn"in saytındakı açıqlamada qeyd edilib.
Seçilən
15
1
oxu.az

2Mənbələr