Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (İRENA) 15-ci Baş Assambleyasında iştirak edən Afrika liderləri iqlim dəyişikliyinə qarşı birgə fəaliyyətin əhəmiyyətini və ölkələrinin iqtisadi inkişafı üçün zəruri addımları müzakirə ediblər.
"Operativ Media" xəbər verir ki, Nigeriya Prezidenti Bola Əhməd Tinubu tək bir ölkənin davamlılıq yolunda addımlaya bilməyəcəyini və iqlim dəyişikliyi ilə mübarizənin xalqlar arasında əməkdaşlıq tələb etdiyini bildirib.
"İqlim dəyişikliyi ilə mübarizə təkcə ekoloji imperativ deyil, bu, qitəmizi və qlobal enerji mənzərəsini yenidən formalaşdıracaq iqtisadi fürsətdir" deyə Tinubi bildirib.
Ruanda prezidenti Paul Kaqame də iqlim dəyişikliyi və davamlı inkişaf məsələsində təkcə siyasi qətiyyətin yetərli olmadığını bildirib.
Uqanda Prezidenti Yoweri Museveni də Afrikaya investisiyaların qitənin böyüyən bazarına çıxışı təmin edəcəyini vurğulayıb.
Afrika liderlərinin bu çağırışı iqlim dəyişikliyi və iqtisadi inkişaf kimi qlobal məsələlərdə daha geniş beynəlxalq əməkdaşlığa yol açmaq məqsədi daşıyır.
Sammitdə həmçinin bildirilib ki, texnologiya və innovasiyalar iqlim böhranının uzunmüddətli həll yollarının təmin edilməsində mühüm rol oynayacaq.