AZ

Şolts Kiyevi dəstəkləmədiyi üçün seçkiləri uduzmaq riski ilə üzləşib

Almaniya kansleri Olaf Şolts Ukraynanı kifayət qədər dəstəkləmədiyinə görə Almaniyada seçkiləri uduzmaq riski ilə üzləşib...

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri məlumat yayıb. Nəşr qeyd edir ki, kanslerin 3 milyard avroluq hərbi yardım paketini təsdiqləməməklə bağlı mümkün qərarı siyasi təzyiqə səbəb olur.

Politoco vurğulayır ki, Şoltsun Almaniya Sosial Demokrat Partiyası Xristian Demokrat və Xristian Sosial İttifaqından iki dəfə az səs toplayır və ifrat sağçı Almaniya üçün Alternativ Partiyasından da geri qalır.

Qeyd edək ki, yanvarın 14-də Bundestaqın müxalifətdəki Xristian Demokrat İttifaqından deputatı Yohann Vadeful Ukraynaya 3 milyard avroluq yardımın qarşısını almaqda Şoltsu tənqid edib.

Ötən həftə “Spiegel” jurnalı mənbələrə istinadən yazıb ki, Şolts büdcə komitəsində baxılmaq üçün hazırlanan Ukraynaya əlavə 3 milyard avroluq hərbi yardım paketini dəstəkləməkdən imtina edib. Nəşrin məlumatına görə, Pistorius və xarici işlər naziri Annalena Baerbok yardımın fevralın 23-də Bundestaq seçkilərinə qədər təsdiq edilməsində israr ediblər. Hazırlanmış silah siyahısına üç IRIS-T hava hücumundan müdafiə sistemi, Patriot raketləri, 10 haubitsa və döyüş sursatı daxildir.

Poliqon.info

Seçilən
11
poliqon.info

1Mənbələr