AZ

Rusiya nefti daşıyan tankerlər Çin sahillərində ilişib qalıb

Təxminən 4 milyon barrelə yaxın Rusiya nefti daşıyan beş tanker Çin sahillərində boş gözləməkdədir və onlardan dördü ABŞ sanksiyalarına məruz qalıb...

Poliqon xəbər verir ki, bu barədə Bloomberg Agentliyi “Kpler” məlumatlarına istinadən yazıb.

Nəşr qeyd edir ki, bir neçə gün ərzində Çin sahillərində boşaldılmayan neftin həcmi demək olar ki, iki dəfə artıb. Agentlik vurğulayır ki, yaxın gələcəkdə Çində “ilişib qalmış” yanacağın artımı gözlənilir.

Bloomberg ki, Çinin əsas limanları yeni sanksiyaların hələ qüvvəyə minməməsinə baxmayaraq, Rusiya yanacağını qəbul etməkdən çəkinirlər.

Gəmi brokerləri hazırkı vəziyyətin gəmidən gəmiyə yanacaq daşımalarının artmasına və daha kiçik limanların istifadəsinə səbəb ola biləcəyinə inanırlar.

Beynəlxalq Enerji Agentliyininanalitiklərinə görə, 2024-cü ilin dekabrında Rusiya neftinin ixracının orta gündəlik həcminin gündə 250 min barel azaldığı məlum olub.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr