AZ

Rusiyanın beynəlxalq ehtiyatları 609 milyard dollara qədər azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiyanın beynəlxalq ehtiyatları 2024-cü ilin dekabrında əvvəlki ayla müqayisədə 1,2% azalıb.

Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının açıqladığı məlumatlara görə, ölkənin beynəlxalq ehtiyatları 1 yanvar tarixinə 1 dekabr 2024-cü il ilə müqayisədə 1,2 faiz azalaraq 616,5 milyard dollardan 609 milyard dollara düşüb.

Beynəlxalq ehtiyatlar Rusiya Mərkəzi Bankı və Rusiya hökuməti tərəfindən idarə olunan valyuta, qızıl və digər ehtiyat aktivlərindən ibarətdir.

Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı müharibə səbəbindən Rusiya Mərkəzi Bankının ehtiyatlarının təxminən yarısına çıxışı dondurmuşdu.

Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında qızılın payı 2024-cü ilin iyul ayında 29,8 faizə yüksələrək 2000-ci ilin fevral ayından bəri ən yüksək səviyyəyə çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
5
banco.az

1Mənbələr