AZ

Arzumuz budur ki, ömrümüzü doğma yurdumuzda davam etdirək - Ramiz Vəliyev

Bakı. Trend:

Çoxdankı arzumuz budur ki, Allahın bizə verdiyi ömrü doğmayurdumuz Cəbrayılda davam etdirək.

Bunu Trend-əaçıqlamasında Cəbrayıl sakini Ramiz Vəliyev deyib.

Onun sözlərinə görə, 36 yaşında məcburi şəkildə tərk etdiyiCəbrayıla 68 yaşında sevinə-sevinə qayıdır.

“Bundan sonra Cəbrayılın yenidən çiçəklənməsinə çalışacağıq ki,yurdumuzun abadlaşmasına, inkişaf etsməsinə köməklik edək.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığıversin.

Allah Prezidentimizi var eləsin. Bizim torpaqlarımızı işğaldanazad etdi və bizim yurdumuza qayıtmağımız üçün şərait yaradıb. Bizöz təşəkkürümüzü bildiririk”, - deyə o bildirib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraköçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılanlayihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlətqurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinəyetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30mindən çox insan yaşayır.

Seçilən
10
az.trend.az

1Mənbələr