AZ

Qəzza danışıqlarında hələ də həll olunmamış məqamlar var

Qəzzada saxlanılan girovların azad edilməsi üzrə danışıqlar tamamlanmayıb, İsrail qalan fikir ayrılıqlarını həll etməyə ümid edir. Bu barədə yəhudi dövlətinin baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“Hələ də həll olunmamış bir neçə razılaşma bəndi var və ümid edirik ki, təfərrüatlar bu gecə razılaşdırıla bilər”, - bəyanatda deyilir.

Ofis qeyd edib ki, Fələstin radikal HƏMAS hərəkatının nümayəndələri anklavın Misirlə sərhədindəki Filadelfiya dəhlizində qoşunların yerləşdirilməsi xəritəsinə yenidən baxılmasını tələb etməkdən imtina ediblər. Bundan əvvəl İsrailin yüksək rütbəli rəsmisi Ynet portalına bildirmişdi ki, Fələstin tərəfi bu tələbi “son anda” irəli sürüb və İsrail bunu qəbuledilməz hesab edib.

"Baş nazir Benyamin Netanyahunun qətiyyətli mövqeyi sayəsində HƏMAS Filadelfiya dəhlizində qüvvələrin yerləşdirilməsini dəyişdirmək tələbindən son anda geri çəkildi", - ofisin bəyanatında deyilir.

Oxuməni.az

Seçilən
1
1
oxumeni.az

2Mənbələr