AZ

"Tramp və Putin Ukrayna münaqişəsini həll edəcək"

"Tramp

Yanvarda vəzifəsinin icrasına başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə qarşılıqlı əlaqəsi hələ 2025-ci ildə Ukrayna probleminin həllinə kömək edəcək.

Bu fikri TASS-a müsahibəsində Slovakiya Milli Şurasının (parlament) vitse-spikeri Andrey Danko deyib.

Ona 2025-ci ildə Putin və Trampın qarşılıqlı əlaqəsi ilə Ukrayna nizamlanmasında irəliləyişə nail oluna biləcəyi ilə bağlı sual verilib. "Bəli, belə olacaq. Allahdan belə olmasını istəyirəm, çünki bu, bizim üçün, sizin üçün və hamı üçün pisdir" dedi.

"Slovaklar çexlərlə mübahisə edəndə, polyaklar və macarlar və ya slovaklarla macarlar arasında gərginlik yarananda (bizim bu baxımdan çətin tariximiz var, baxmayaraq ki, eyni zamanda xalqlar arasında çox yaxın qohumluq əlaqələrimiz var, amma həqiqətən də bir-birimizi çox incidirik) bu Qərbi məmnun edirdi. Almanlar, fransızlar, amerikalılar sevinirlər. Bundan pul qazanırlar” - deyib.

O, bir çox Qərb ölkələrinin müstəmləkələrinin olduğunu xatırladıb. "Qərb ölkələri bu yanaşmanı dəyişməyib. Onlar öz həyat standartlarını qorumaq istəyirlər, başqasının onlar üçün işləməsini istəyirlər", - Danko əlavə edib.

Cavid

Seçilən
10
xalqcebhesi.az

1Mənbələr