AZ

KİV: Rusiya və Ukrayna arasında nüvə obyektləri ilə bağlı danışıqlar aparılır

Rusiya və Ukrayna nüvə obyektlərinin hücumlardan qorunması tədbirləri ilə bağlı məhdud danışıqlar aparır.

APA xəbər verir ki, bu barədə “Bloomberg” mənbəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, danışıqlar Qətərdə aparılır.

Ukrayna rəsmiləri isə agentliyə bu məlumatı təsdiqləməyib və bildiriblər ki, Moskva və Kiyev hazırda yalnız məhbusların mübadiləsi və uşaqların qaytarılmasını müzakirə edir.

Xatırladaq ki, bir müddət öncə “Financial Times” və “The Washington Post” nəşrləri də Qətərin vasitəçiliyi ilə enerji obyektləri üzrə tərəflər arasında dialoq barədə məlumat yaymışdılar.

Seçilən
4
1
apa.az

2Mənbələr