AZ

Quduz tülkü qızı dişlədi, kənd karantinə götürüldü

Rusiyada Amur vilayətinin Pozdeevka kəndində quduzluğa yoluxmuş tülkü qıza hücum edərək onun barmağını dişləyib.

Söz.az "vesti.ru"-ya istinadən xəbər verir ki, tülkü daha sonra kişiyə hücum etmək istəsə də, o, heyvanı öldürə bilib. 

Amur vilayətinin baytarlıq idarəsinin laboratoriya müayinələri tülkünün quduzluq xəstəliyinə tutulduğunu təsdiqləyib.

Hazırda kənd karantindədir, uşaq lazımi müalicə alır.

Amur baytarlıq idarəsinin rəisi Sergey Samoxvalov xatırladıb ki, vəhşi heyvanlar quduzluğa yoluxduqda insanlardan qorxmur və aqressivl olurlar. 

Belə heyvanlarla təmasda olmaq qadağandır.


Seçilən
11
2
soz.az

3Mənbələr