2024-cü ildə qlobal ərzaq qiymətləri 2,1% ucuzlaşıb.
"Cebheinfo.az" bu barədə “Aqroeksport”-a istinadən xəbər verir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, keçən il bitki yağları, süd məhsulları və ətin qiymətlərində daha az əhəmiyyətli, lakin hələ də nəzərə çarpan artım fonunda taxıl və şəkərin qiymətlərində nəzərəçarpacaq dərəcədə azalma baş verib.
Beləliklə, taxılın qiymət indeksinin orta dəyəri 113,5 bənd təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 13,3% azdır.
2022-ci ildə rekord həddə çatan taxılın qiymətləri artıq ikinci ildir ki, ucuzlaşır. Şəkərin qiymət indeksinin orta dəyəri ötən illə müqayisədə 13,2% aşağı olub.
Eyni zamanda, ətin qiyməti 2023-cü ilin müvafiq səviyyəsini 2,7% ötüb: donuz ətinin qiymətinin aşağı düşməsi mal, quzu və quş ətinin bahalaşmasını kompensasiya edə bilməyib. Ötən il süd məhsulları 4,7%, bitki yağları isə dünya bazarlarında təklifin azalması fonunda 9,4% bahalaşıb.
Xəzər
"Cebheinfo.az"