AZ

Litva miqrantları qəbul etmək əvəzinə Aİ-yə pul ödəməyi təklif edib

"Avropa İttifaqının (Aİ) kvotasına uyğun olaraq 158 miqrantı qəbul etmək əvəzinə, Litva 3,16 milyon avro təzminat ödəmək daha yaxşı olar". 

"Unikal" xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Vladislav Kondratoviç LRT radiosunda məlumat verib.

"Litva üçün ən təhlükəsiz şey, əlbəttə ki, bu pulu ödəməkdir", - deyə DİN rəhbəri bildirib. 

O, əlavə edib ki, bu məsələni Litvanın maliyyə naziri Rimantas Şadzius ilə müzakirə edəcək və bundan sonra yekun qərar veriləcək.

Kondratoviçin qeyd etdiyi kimi, Litva ya miqrantların cəmiyyətə inteqrasiyası, onlara nəzarət və digər ehtiyaclar üçün pul xərcləməli, ya da öz ərazisində qonaqları yerləşdirməyə hazır olan başqa ölkəyə pul ödəməli olacaq.

Qeyd edək ki, 2024-cü ilin mayında Polşa miqrantları qəbul etməkdən imtina edib. 

Gülayə Mecid 

Seçilən
1
unikal.az

1Mənbələr