AZ

Artan qan şəkərinin təbii çarəsi tapıldı

Müasir elm təbiətin təqdim etdiyi adi görünən bir bitkinin köklükdən ürək xəstəliklərinə qədər bir çox sağlamlıq problemində təsirli ola biləcəyini açıqlayıb. Mütəxəssislər bildirirlər ki, bu bitkidə olan xüsusi komponent orqanizmdə oksidləşdirici stressi azaldaraq hüceyrələri qoruyur və immunitet sistemini gücləndirir.

Doktoorm.az xəbər verir ki, araşdırmalara görə,bu bitki zeytun yarpağıdır.Zeytun yarpaqları qan şəkərini tənzimləməyə kömək edə biləcək təbii vasitə kimi təqdim olunur. Zeytun yarpaqlarında olan antioksidanlar, o cümlədən oleuropein və hidroksitirozol, bədən çəkisi, qan lipid profilləri və qlükoza mübadiləsini yaxşılaşdırmağa kömək edir.

Bu komponentlər həmçinin sümük və oynaq sağlamlığına müsbət təsir göstərə bilər.

Zeytun yarpaqları çay kimi dəmlənərək, salatlara və ya smoothiesə əlavə edilə bilər. Hətta ekstraktı çörək və digər bişmiş məhsullara qatmaqla da istifadə edilə bilər. Ancaq çayın acı dadı olduğundan, bəzi insanlar üçün istehlakı çətin ola bilər.

Ekspertlər xüsusən yüksək qan təzyiqi, diabet və ya yüksək qan lipid səviyyəsi olan şəxslərin zeytun yarpağı ekstraktından faydalana biləcəyini bildirirlər.

Lakin hər hansı bir əlavəyə başlamadan əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur./milli.az

Seçilən
4
2
Doktorm.az

3Mənbələr