Nüvə obyektlərinin təhlükəsizliyini təmin etmək üçün Rusiya və Ukrayna arasında danışıqlar aparılır.
Herbiand.az “Bloomberg“ə istinadən xəbər verir ki, danışıqlar Qətərdə aparılır.
Ukrayna tərəfi bu məlumatı təsdiqləməyib. Ukrayna rəsmilərinin verdiyi məlumata görə, hazırda, ancaq hərbi əsirlərin və uşaqların qaytarılması ilə bağlı müzakirələr gedir.
Bir müddət öncə “Financial Times” və “The Washington Post“ nəşrləri də müharubə tərəflərinin Qətərin vasitəçiliyi ilə enerji obyektləri üzrə danışıqlar apardığını yazmışdılar.