AZ

Xaricdə təhsil almış 69 nəfərin diplomu tanınmayıb - SƏBƏB

Keçən ilin dekabr ayında xaricdə təhsil alanların diplomlarının tanınması üzrə 325 müraciətçinin 256-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 69 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 58, dövlət nümunəli olmayan diplom səbəbilə 4, akkreditasiyasız filial səbəbilə 3, "Açıköğretim" təhsil forması səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və dövlət nümunəli olmayan diplom blankı səbəbilə 1, akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbilə 1, əczaçılıq ixtisası üzrə qiyabi formada təhsil alınması səbəbilə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Türkiyədən 117, Ukraynadan 84, Rusiyadan 80, Birləşmiş Krallıqdan 9, Gürcüstandan 7, Macarıstandan 7, Amerika Birləşmiş Ştatlarından 6, Litvadan 2, Pakistandan 2, Polşadan 2, Avstraliyadan 1, Çexiyadan 1, Çindən 1, İsraildən 1, İtaliyadan 1, Latviyadan 1, Moldovadan 1, Qazaxıstandan 1, Səudiyyə Ərəbistan Krallığından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, iqtisadiyyat üzrə 38, maliyyə üzrə 33, biznesin idarə edilməsi üzrə 30, menecment üzrə 14, beynəlxalq münasibətlər üzrə 13, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi üzrə 13, turizm işinin təşkili üzrə 13 müraciət qeydə alınıb.

"Cebheinfo.az"

Seçilən
2
40
cebheinfo.az

10Mənbələr