AZ

"Analar övladları olmadan yaşaya bilməzlər" - Həlak olan pilotun anasından təsirli sözlər

Aktau yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan pilot Aleksandr Kalyaninovun anası Yelena Kalyaninova oğlu ilə bağlı paylaşım edib.

O, oğlu ilə birgə çəkilmiş fotosunu paylaşaraq övladını tez-tez xatırladığını yazıb.

Y.Kalyaninova övladını itirən anaların mənən yaşamadığını, sadəcə həyatda mövcud olduqlarını qeyd edib.

Qeyd edək ki, Aleksandr Kalyaninov ölümündən sonra Azəraycanın Milli Qəhrəmanı adına layiq görülüb və II Fəxri xiyabanda dəfn olunub. / Axşam.az

Seçilən
2
1
show.az

8Mənbələr