AZ

Azərbaycan boks yığmasının baş məşqçisi: "Keçən ilki nəticələri təkrarlamaq istəyirik"

Azərbaycan boks yığmasının baş məşqçisi Elbrus Rzayev gənclər yığması haqqında danışıb.

Məqsədimiz beynəlxalq turnirlərə yaxşı hazırlaşmaqdır.

"Operativ Media" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan boks yığmasının məşqçisi Elbrus Rzayev deyib.

O, gənclər arasında Azərbaycan birinciliyinin vacibliyini vurğulayıb.

"Gənclər arasında Azərbaycan birinciliyi bizim üçün vacibdir. Çünki, bu yaşda lider boksçuları seçib komandanı komplektləşdirib milli komandanın tərkibini formalaşdıracağıq. Fevral ayında Rumıniyada beynəlxalq turnir keçiriləcək. Martda isə gənclər arasında Dünya çempionatı var. Hazırlığımız o yarışlaradı. Komandanı seçib hazırlaşacağıq ki, komanda daha yaxşı olsun. Keçən il gənclər arasında Avropa birinciliyində və Dünya kubokunda iki qızıl medal qazanmışdıq. Bu il də həmin nəticələri təkrarlamaq istəyirik. Çalışacağıq ki, komandamızı yaxşı hazırlayıb beynəlxalq turnirlərdə yaxşı çıxış edək. Sentyabr ayında Rumıniyada Avropa birinciliyi olacaq. Məqsədimiz orada yaxşı çıxış etməkdir".

Seçilən
1
operativmedia.az

1Mənbələr