Cəbrayıla növbəti 32 ailə yola salınıb
Yanvarın 16-da Cəbrayıla 32 ailə olmaqla 153 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin Dövlət Komitəsindən bildirilib.
Bununla da Cəbrayıla 358 ailə olmaq 1 487 nəfərin köçürülməsi təmin olunub.
Cəbrayıla ilk köç sentyabrın 26-da baş tutub.
İlin sonuna kimi Qarabağın 5 rayonuna məcburi köçkünlərin qaytarılması nəzərdə tutulub.
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib.
Gülnar
www.anews.az