Bakıda yerləşən Keşlə bazarının yaxınlığlındakı evlərin sökülməsi nəzərdə tutulub.
Titul.az xezerxeber.az-a istinadən xəbər verir ki, bazara yaxın yerləşən bəzi evlərin sahibləri bildiriblər ki, ərazidə ölçü işləri aparılıb. Amma sakinlərə konkret olaraq bununla bağlı hansısa məlumat verilməyib.
Məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyətindən bildirildi ki, yeni layihənin rəhbəri Avtomobil Yolları Dövlət Agentliyidir.
Agentlikdən "Xəzər Xəbər"ə verilən məlumatda isə bildirilib ki, mövcud qanunvericiliyə uyğun olaraq kompensasiya müvafiq qurum tərəfindən söküntü işlərindən əvvəl həyata keçiriləcək.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!