AZ

Neftin qiyməti bahalaşıb

Neftin bahalaşması davam edir. 

Ucnoqta.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı mart fyuçersləri 0,12 dollar (0,15%) bahalaşaraq 82,15 dollar/barelə çatıb. Çərşənbə günü bu kontraktların qiyməti 2,11 dollar (2,6%) artaraq 82,03 dollar/barel olub.

Göstərilən vaxta qədər Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda WTI fevral fyuçerslərinin kotirovkaları 0,1 dollar (0,12%) artaraq 1 barelə görə 80,14 dollar təşkil edib. Bir gün əvvəl fyuçerslər 2,54 dollar (3,3%) artaraq 80,04 dollar/barel olub.

Seçilən
4
ucnoqta.az

1Mənbələr