Qırğızıstan parlamentinin sədri Nurlanbek Turqunbekoğlu (Şakiyev) paytaxt Bişkekin ən qədim meydanında yerləşən Vladimir Leninin heykəlinin götürülməsini təklif edib.
Hafta.az-ın 24.KG-ya istinadən yazdığına görə, bu xahiş Koçkor bölgəsində yaşayan yerli qırğız türklərindən Turqunbekoğluna çatdırılıb.
Sədr parlamentdə Bişkekin dörd rayonunun adının dəyişdirilməsi məsələsini də qaldırıb. O qeyd edib ki, paytaxtın rayonlarına ölkənin mədəni-tarixi irsini əks etdirən adlar verilməlidir.
Turqunbekoğlu bu yaxınlarda soyadını dəyişdiyini də açıqlayıb. O, soyadını dəyişdirmək qərarına yeni qanun layihəsinə uyğun olaraq gəldiyini ifadə edərək, “Nə qədər dəyişsək, bir-birimizə bənzəməyə çalışsaq da, ərəb, amerikan, rus, avropalı ola bilmərik. Onlara bənzəməyə çalışanda əsl mənliyimizi unuduruq və onlar kimi oluruq. Deməli, təzələnməyin, həm də öz mahiyyətimizə qayıtmağın vaxtıdır” deyib.